Modern.az

Dövlət Neft Şirkəti Rusiyaya ixrac olunan qazın verilişinin dayandırılma səbəbini açıqladı

Dövlət Neft Şirkəti Rusiyaya ixrac olunan qazın verilişinin dayandırılma səbəbini açıqladı

4 Sentyabr 2014, 13:40



“Azərbaycandan Rusiyaya ixrac olunan qazın verilişinin dayandırılmasına səbəb kəmərlərdə təmir işləri və Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan sahəsinin tikintisinin başa çatdırılması məsələsidir”. Bunu Modern.az-a açıqlamasında Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizamədin Quliyev bildirib.

Şirkət rəsmisi təmir işlərinin “Şivanovka” ərazisində aparıldığını və nə qədər çəkəcəyini söyləməyib.
“Təmir və bərpa işləri yekunlaşdıqdan sonra Rusiyaya qaz verilişi bərpa olunacaq”.

Qeyd edək ki, Azərbaycan qazının Rusiyaya tədarükü 2009-cu il oktyabrın 14-də Bakıda ARDNŞ və "Qazprom" arasında Azərbaycan qazının alış-satışı haqqında imzalanmış müqavilə (prolonqasiya imkanı ilə) əsasında həyata keçirilir.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!