Modern.az

Vəkil Rauf Mirqədirovla görüşüb: “Hər şey sanki donub”

Vəkil Rauf Mirqədirovla görüşüb: “Hər şey sanki donub”

4 Sentyabr 2014, 15:03

“Rauf Mirqədirovla sonuncu dəfə avqustun 2-də görüşmüşəm. Səhhəti normaldır”. Bunu Modern.az-a açıqlamasında jurnalistin vəkili Elmar Süleymanov bildirdi.

Vəkil müvəkkilinin istintaq gedişində yeni istintaq hərəkətləri olmamasından narazılığını ifadə etdi. Eyni zamanda Rauf Mirqədirovun yalnız iqtidaryönlü qəzetlərlə təmin olunmasını, müstəqil KİV-nin məlumatlarının ona çatdırılmamasını da məqbul saymadığını dilə gətirdi.

“Rauf Mirqədirovun ailəsilə nə görüşünə, nə də telefon danışığına icazə verilir. Hərəkətlilik olmadığından gedişatdakı dəyişiklik barədə nəsə demək çətindir. Hər şey sanki donub. Məsələylə bağllı həbs olunan Leyla Yunus Rauf Mirqədirovla üzləşdirilməyib”-deyə vəkil əlavə edib.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü