Modern.az

23 saylı orta məktəbə Milli Qəhrəman Tahir Həsənovun adı verildi

23 saylı orta məktəbə Milli Qəhrəman Tahir Həsənovun adı verildi

Təhsil

4 Sentyabr 2014, 17:37


Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar verib.

Modern.az saytı Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbır verir ki, bir müddət əvvəl Milli Qəhrəman Tahir Həsənovun adının götürüldüyü 23 saylı orta məktəbə yenidən onun adı verilib.

Bir müddət öncə 23 saylı orta məktəbdən Tahir Həsənovun adının götürülməsi iddiası rezonans yaratmışdı.  

Qeyd edək ki, ilk dəfə bu məsələni şəhid əsgərin anası Qalibə Həsənovun şikayəti əsasında Modern.az saytı gündəmə gətirib. Daha sonra bu məsələ ilə əlaqədar bağlı Təhsil Nazirliyi də Modern.az-ın sorğusunu cavablandırıb.

23 nömrəli məktəbdən Milli Qəhrəman Tahir Həsənovun adının götürülməsi ilə bağlı sorğulara cavab olaraq nazirlik bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsinə hörmət bəslənilməsi milli təhsil konsepsiyamızın vacib elementini təşkil edir: “Hər bir təhsil ocağında Vətən torpaqları uğrunda şəhid olmuş qəhrəmanlarımızın keçdikləri döyüş yoluna həsr olunmuş xüsusi güşələr var.

23 nömrəli məktəbin muzeyində həmin tədris ocağının 1987-ci il məzunu olmuş Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənova həsr olunmuş yeni xatirə ekspozisiyası yaradılıb.

Burada Milli Qəhrəmanın keçdiyi həyat və döyüş yolu haqqında, ailəsinin təqdim etdiyi şəxsi əşyalar, foto və yazılı materiallar nümayiş olunur”. Təhsil Nazirliyi onu da qeyd edib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəhid adlarının məktəblərə verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir: “Şəhid adının əbədiləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi Milli Qəhrəman Tahir Həsənovun adının 23 nömrəli məktəbə verilməsi ilə aidiyyatı qurumların qarşısında vəsatət qaldırıb”.

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!