Modern.az

Moskvada Putin rejiminə etirazlar başlayır

Moskvada Putin rejiminə etirazlar başlayır

4 Sentyabr 2014, 22:18

Sentyabrın 21-də Moskvada ümumRusiya Sülh marşı təşkil olunacaq. Modern.az xarici mətbuata istinadən bildirir ki, planlaşdırılan aksiyanın təşkilatçıları bu haqda özlərinin Facebook səhifələrində xəbər yayıblar. Onlar aksiyada 50 min rusiyalının iştirak edəcəyini planlaşdırırlar: “Biz Rusiya hakimiyyətinin məsuliyyətsiz aqressiya siyasətini dayandırmasını tələb edirik. Bu siyasət Ukrayna torpağına müharibə gətirməyib, həm də minlərlə ukraynalının və rusiyalının həyatını itirməsinə səbəb olub. Rusiya ordusunun hərbçiləri Ukrayna torpaqlarında həlak olur, yaxud əsir düşürlər. Bu artıq birbaşa hərbi müdaxilədir və heç bir bəraəti yoxdur”.

Təşkilatçıların fikrincə, Putinin siyasəti Rusiya daxilində repressiyanın güclənməsi, Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə müşayiət olunur: “Bəli, bu siyasət ölkədə faşist ənənələrini genişlənməsinə, ağır iqtisadi faciələrə və Rusiyanın dünyadan təcrid olunmasına aparır”. 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir