Modern.az

Mahmud Abbas: “İsrail fələstinlilərin həyatını cəhənnəmə döndərib”

Mahmud Abbas: “İsrail fələstinlilərin həyatını cəhənnəmə döndərib”

26 İyul 2010, 17:23

Fələstin lideri Mahmud Abbas İsraili kəskin tənqid edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Uqandanın paytaxtı Kampalada Afrika Birliyi Zirvə toplantısında çıxış edən Abbas bəyan edib ki, “İsrail fələstinlilərin həyatını cəhənnəmə döndərib”.  Onun sözlərinə görə, İsrailin sərt addımları iki qonşu dövlətin sülhə nail olmaq imkanlarını heçə endirib. Abbas qeyd edib ki, Təl-Əvivin yeritdiyi siyasət üzündən İordan çayının qərb sahillərində müharibənin yenidən alovlanması mümkündür.  Abbas İsraili Fələstin torpaqlarının işğalını davam etdirməkdə ittiham edib. Onun sözlərinə görə, iki dövlət arasında barış və dinc qonşuluq şəraitində yaşamaq üçün imkan yarandığı anda İsrail yenidən hərbi ekspansiyasını genişləndirərək daha çox Fələstin torpaqları ələ keçirməyə çalışır və məskunlaşma siyasatini davm etdirir.  Abbas Amerkanın vasitəçiliyi ilə keçirilən danışıqlar prosesinin məhz İsrailin günahı üzündən dalana dirəndiyini  qeyd edib.

Mahmud Abbas bəyan ki, qonşuları ilə dinc şəraitdə yaşaması üçün İsrail işğal etdiyi bütün ərəb torpaqlarından geri  çəkilməli,  İsrail və Fələstin arasındakı 1967-ci il sərhəd xətti bərpa olunmalıdır. “Sülh bizim üçün yeganə seçimdir və bundan əsla geri dönə bilmərik”,-deyə Abbas bildirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi