Arxiv
2 Yanvar 2015, 11:52 | ÖLKƏ
Ramiz Mehdiyev “20 Yanvar”la bağlı sərəncam verdi

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Modern.az saytı AzərTAc-a istinadən xəbər verir ki, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33 Ramazanda sərt karantin olacaq? - VİDEO 11 Aprel 2021, 09:27 İranın Atom Elektrik Stansiyasında qəza olub 11 Aprel 2021, 09:20