Modern.az

Erməni tibb bacısı: “Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy pasiyentlərim olub”

Erməni tibb bacısı: “Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy pasiyentlərim olub”

2 Yanvar 2015, 19:13

Varvara Arutyunovanın 75 yaşı var. Modern.az “news.am”a istinadən xəbər verir ki, o, 1989-cu ildə Azərbaycandan Ermənistana köçüb. Son 4,5 ildir qocalar üçün internat evində yaşayır. Varvara Arutyunova əri Vladimir kimi Bakıda anadan olub. O, ixtisasca tibb bacısıdır və gənclik illərinə hökumət xəstəxanasında işləyərkən Azərbaycanın məmurları ilə ünsiyyətdə olub:

“Mən Bakıdakı hökumət xəstəxanasında böyük tibb bacısı işləmişəm. Mənim pasiyentlərim arasında Heydər Əliyev, Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy olub. Bizim rəhbərimiz tanınmış kardioloq Yevgeni Çazov olub”.

Varvaranın əri dərzi işləyib. Azərbaycandan Ermənistana gedən Arutyunovlar sonradan Rusiyada da yaşayıblar. Oradan İsrailə - qızlarının yanına gediblər. İsraildə 8 il yaşayıblar, sonradan böyük qızlarının ağır xəstəliyi səbəbindən Ermənistana qayıtmağa məcbur olublar. Kürəkənlərinin pis münasibətinə görə 7 aydan sonra Qocalar evinə köçüblər. Əri 80 yaşında burada ölüb. Varvara Arutyunova yenidən İsrailə, qızının yanına getməyə hazırlaşır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır