Modern.az

Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair protokollar imzalandı

Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair protokollar imzalandı

Təhsil

10 Oktyabr 2009, 23:54

Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanmasına və sərhədlərin açılmasına dair protokolların imzalanması tərəflər arasında yaranmış gərginlik üzündən üç saat təxirə salındı. Amma sonradan vasitəçilik edən dövlətlərin işə qarışması tərəflərin protokolları imzalaması ilə sonuclanıb.
"CNN Türk"ün sözlərinə görə, protokolları Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan imzalayıblar. Mərasimə ABŞ dövlət katibi Hillari Klinton, Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının xarici siyasət komissarı Havyer Solana, İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey, Avropa Birliyinə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt, ATƏT və BMT-dən yüksəkvəzifəli şəxslər şahidlik ediblər.
Sürix Universitetində təşkil olunan imzalanma törənində yalnız bu iki ölkə arasında danışıqlara vasitəçilik edən İsveçrənin xarici işlər naziri qısa giriş nitqi söyləyib.İmzalanma mərasimində nəzərdə tutulan çıxışlar təxirə salınıb.
Ermənistan hökuməti diasporun qəzəbinin qarşısını almaq üçün imzalanma mərasiminə Ermənistanın İsveçrədəki təmsilçisi, müğənni Şarl Aznavuru da gətirib.
Bundan sonra Türkiyə-Ermənistan protokolları təsdiq üçün hər iki ölkədə parlamentlərin müzakirəsinə çıxarılmalı və ratifikasiya edilməlidir.
Türkiyədəki şərhçilər siyasi iradənin zəif olması səbəbindən bu qalmaqallı protokolların iki ölkənin parlamentlərində ratifikasiya ediləcəyinə böyük şübhə ilə baxırlar. Bundan başqa, protokollarda nəzərdə tutulan tarixçilərdən ibarət komissiyanın yaradılacağı təqdirdə bu cür münaqişələrin tez-tez təkrar olunacağını bildirirlər. 
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin yaradılması və münasibətlərin sıxlaşdırılmasını nəzərdə tutan bu iki protokolun əsas mahiyyəti belədir:
-
 Türkiyə ilə Ermənistanın sərhədi açılır;
Hər iki ölkə bir-birinin sərhədini tanıyır;
- "Erməni soyqırımı" deyilən iddiaların araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaradılır.




Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi