Modern.az

Bakı Olimpiya Stadionu sınaqdan keçiriləcək

Bakı Olimpiya Stadionu sınaqdan keçiriləcək

7 May 2015, 16:52

Bakı-2015 iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə, bazar günü, mayın 9-da Olimpiya Stadionunun hazırlıq vəziyyətini sınaqdan keçirəcək.

Modern.az saytı xəbər verir ki, ictimaiyyət üçün qapalı olan tədbir son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur.

Mayın 9-da saat 12:00-dan 19:00-a qədər Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırırılır ki, həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.

9 may tarixdə və Bakı-2015 Avropa Oyunları zamanı, şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərsiniz:

- Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;

- Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri;

- Radio, rəsmi internet və facebook səhifələri də daxil olmaqla NİİM-in əlaqə kanalları.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı-2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı-2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya,  4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Bakı 2015 Avropa Oyunlarının biletlərini satış məntəqələrindən yaxud //az.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: “Park Bulvar”, “28 Mall”, “Metro Park” ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən “McDonald’s” restoranı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir