Modern.az

Qarabağda tut arağı festivalı keçiriləcək

Qarabağda tut arağı festivalı keçiriləcək

Dünya

13 May 2015, 17:32


Azərbaycanın işğal alıtndakı Dağlıq Qarabağda tut arağı festivalı keçiriləcək. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, festival Xocavənd rayonunun ərazisində yerləşən Amaras monastırında baş tutacaq.

Festivalda Dağlıq Qarabağın müxtəlif bölgələrində və Ermənistanda çəkilən tut araqları nümayiş olunacaq. Bundan başqa, festivalda ipəkçilik məhsulları və sənətkarlar tərəfindən hazırlanmış müxtəlif əşyalar da nümayiş olunacaq.

Festival Qarabağdakı separatçı rejim və “Areni festivalı” fondu tərəfindən təşkil olunur. Tut arağı festivalının keçirilməsində məqsəd Dağlıq Qarabağı turizm bölgəsi kimi tanıtmaqdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi