Modern.az

Ərdoğandan Ermənistana qaçan prokurorlara MESAJ: “Hesabını verəcəksiniz”

Ərdoğandan  Ermənistana qaçan prokurorlara MESAJ: “Hesabını verəcəksiniz”

Dünya

12 Avqust 2015, 17:24


Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan barələrində həbs qərarı çıxarılan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın Gürcüstan üzərindən Ermənistana qaçmasına münasibət bildirib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Zəkəriyyə Öz və Cəlal Karanın bir vaxtlar qəddar qərarlar çıxardığını bildirib.

“Bir zamanlar Əl-Cəzairə gedəndə məni xaricə qaçmaqda ittiham edən xəyanət şəbəkəsinin özlərinin ölkə xaricinə çıxdığını görürük.

Onların oradan (Ermənistanı nəzərdə tutur-red) hara qaçacaqları isə ayrı bir məsələdir. Təbii ki, biz Türkiyə olaraq araşdırma aparırıq. Onlar bir yerdə mütləq həbs ediləcəklər və bura gəlib elədiklərinin hesabını gec və ya tez verəcəklər”.

Qeyd edək ki, məşhur “Ergenokon” işinin prokuroru Zəkəriyyə Öz və 2013-cü ilin dekabr ayında iş adamlarına qarşı həyata keçirilmiş böyük rüşvət və korrupsiya əməliyyatlarının prokuroru Cəlal Karanın Gürcüstan üzərindən Ermənistana qaçdığı bildirilir.

Lakin Ermənistan Milli Təhlükəsizlik Nazirliyi onlarda belə bir məlumatın olmadığını qeyd etməklə, yayılan informasiyaları nə təsdiq, nə də inklar edib.

Hər iki şəxs Fətullah Gülən şəbəkəsinin içərisində yer alır.  

Aqşin Kərimov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı