Modern.az

Jurnalist narkobaronla birlikdə GÜLLƏLƏNDİ

Jurnalist narkobaronla birlikdə GÜLLƏLƏNDİ

14 Avqust 2015, 11:57


Meksikanın Orisaba şəhərində silahlı insident baş verib.  

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 5 nəfərdən ibarət silahlı dəstə gecə saatlarında barlardan birinə daxil olaraq müştərilərə atəş açıb.

Nəticədə 6 nəfər, o cümlədən jurnalist Xuan Eriberto Santos Karrera və “Los Setas” narkokartelinin liderlərindən Xose Markes Balderas həlak olub. Amma hadisənin şahidi olan daha 2 jurnalist silahlı şəxslər tərəfindən heç bir zorakılığa məruz qalmayıb.  

Meksika polisi öldürülən jurnalist Xuan Eriberto Karreranın bu yaxınlara qədər “Televisa Veracruz” telekanalında işlədiyini və narkomafiya ilə sıx əməkdaşlıqda olduğunu təxmin edir.

Hadisənin baş verdiyi Verakrus ştatı Meksikada jurnalistlər üçün ən təhlükəli ştat sayılır. 2010-cu ildən bəri müxtəlif KİV-ə çalışan 15 nəfər silahlı hücumun qurbanı olub.   Ümumiyyətlə, 2000-2014-cü illlər ərzində Meksikada 102 jurnalist öldürülüb.    

Vüqar İsmayılov        

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər