Modern.az

Rusiya liderindən yeni populyarlıq rekordu

Rusiya liderindən yeni populyarlıq rekordu

22 Oktyabr 2015, 14:06


Rusiya prezidenti Vladimir Putinin populyarlığı oktyabr ayında yeni rekord vurub.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, “Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi”nin apardığı sorğuya əsasən, 89,9% rusiyalı Putini dəstəklədiklərini deyib.

“Rusiya prezidentinin reytinqinin yüksək səviyyədə olması onun Suriyaya hava zərbələri endirməsi ilə bağlıdır”- deyə mərkəzin açıqlamasında deyilir.  

Sosioloqların fikrincə, Rusiya prezidentinin reytinqi ötən ilin martında Krımın Rusiyaya ilhaqından sonra yüksəlir. Əgər 2014-cü ilin yazında Putinin reytinqi 76,2% idisə, apreldə 82,2%, mayda isə 86,2% təşkil edib.  

Oktyabrın 17-18-i tarixlərində keçirilən sorğuda ölkənin 46 subyektindəki 130 yaşayış məntəqəsində yaşayan 1600 nəfərin rəyi soruşulub.  

Vüqar İsmayılov     

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir