Modern.az

Mahmud Əhmədinejad Bakıya gəlib

Mahmud Əhmədinejad Bakıya gəlib

Təhsil

17 Noyabr 2010, 11:19

İran İslam Respublikasının rrezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Azərbaycana rəsmi səfərə gəlib.
Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İran prezidentini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar İran prezidentinə gül dəstələri təqdim ediblər.
Hava limanının ali qonaqlar üçün salonda prezident Mahmud Əhmədinejad və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Daha sonra İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejadı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib.
İranın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Mahmud Əhmədinejada, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir