Modern.az

Üç xalq artistinə “Qızıl Pəri” mükafatı verildi

Üç xalq artistinə “Qızıl Pəri” mükafatı verildi

29 Dekabr 2015, 17:25


Xalq artistləri rejissor Ramiz Həsənoğlu və aktyor Fuad Poladov Kinorejissorlar Gildiyasının təsis etdiyi “Qızıl Pəri” mükafatına layiq görülüblər. Modern.az bildirir ki, mükafat audiovizual-sahə, kino, televiziya sahəsində il ərzində fərqlənən incəsənət xadimlərinə verilir. Mükafatın ilk qalibləri arasında bəstəkar Cavanşir Quliyev,  aktrisa Gülzar Qurbanova və başqaları da var.

 “Qızıl Pəri” mükafatı 17 nominasiya üzrə verilib. Modern.az həmin  nominasiyalara görə qalibləri təqdim edir:

“Ən yaxşı film”  - “Nabat”

“Ən yaxşı rejissor işi” - Elxan Cəfərov

“Ən yaxşı prodüsser” - Müşfiq Hətəmov

“Ən yaxşı ssenari işinə görə” - Yavər Rzayev

“Ən yaxşı operator işi” - Nadir Mehdiyev

“Ən yaxşı musiqi işi” - Cavançir Quliyev

“Ən yaxşı qadın rolunun ifaçısı” - Gülzar Qurbanova

“Ən yaxşı sənədli film” - “Əriyən ada”

“Ən yaxşı qısametrajlı bədii film” - “Zabit şərəfi”

“Ən yaxşı cizgi filmi” - “Köhnə saat”

“Ən yaxşı TV filmi” - “Undulmuş qəhrəman”

“Ən yaxşı TV serial”- “Pərvanələrin rəqsi”

““Ən yaxşı debüt” - “Usta Yusifin kamançası”

“Ən yaxşı kişi rolunun ifaçısı” - Fuad Poladov, Namiq Ağayev

“Ən yaxşı rəssam işi” -  Rafis İsmayılov

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!