Modern.az

Xəzər TV reytinq cədvəlində liderdir

Xəzər TV reytinq cədvəlində liderdir

Təhsil

11 Yanvar 2016, 12:36


Xəbər, serial, əyləncə - tamaşaçı Xəzər TV-ni seçdi 

Möhtəşəm yeni binasını xidmətə açan “Xəzər” televiziyası ötən il “prime time” adı verilən və 18:00 ilə 00:00 arasını əhatə edən saatlarda ən çox izlənən kanal olub. Bunu Azərbaycan telekanallarının reytinqini ölçən “AGB Nielsen” media araşdırmaları şirkətinin təkcə dekabr ayına olan göstəricilərindən anlamaq olur. 

“Ailənizin kanalı” şüarı ilə fəaliyyət göstərən Xəzər TV təkcə xəbərlər yox, serialları və əyləncə proqramları ilə də axşam tamaşaçılarının ən çox izlədiyi telekanal olub.

Azərbaycanda televiziya xəbərçiliyində özünəməxsus stili ilə seçilən “Xəzər Xəbər” isə rəqiblərini açıq fərqlə qabaqlayıb. “Xəzər Xəbər” təkcə informasiya proqramlarını yox, televiziya tamaşaçılarını cəlb edən bütün baxımlı verilişləri üstələyib. Dekabr ayının reytinqinə görə “Xəzər Xəbər” Bakıda 13,74% AMR, bütün ölkə ərazisində isə 15,08% AMR ilə birinci olub.

“Xəzər Xəbər”in ən yaxın rəqibi isə Bakıda 10,87%, bütün ölkə ərazisində isə 9,65% AMR əldə edə bilib. 

“Bir ailəm var” və “Həyat sən nə qəribəsən” adlı seriallar gündəlik yayımlanmasına baxmayaraq, həftədə bir gün efirə gedən rəqiblərini geridə qoyub. Gündəlik yayımlanmasına baxmayaraq “Həyat sən nə qəribəsən” serialı 17,49%, “Bir ailəm var” serialı isə 15,54% AMR ilə həftəlik rəqiblərindən daha çox izlənib.

Xəzər TV yeni il axşamının da ən çox baxılan telekanalı olub. Belə ki dekabrın 31-də və yanvarın 1-nə keçən gecə Azərbaycanda ən çox baxılan yüz verilişin ilk onluğundakı 8 veriliş Xəzər TV-yə məxsus olub. 

Tamaşaçılar yeni il gecəsində ən çox “Həyat sən nə qəribəsən” serialına baxıb. Bunu “Xəzər Xəbər”, “Bir ailəm var” serialı, “İdmanda bu gün” və “5-də 5” musiqili əyləncə şousu təqib edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü