Modern.az

İndiki analar övladlarını laylasız böyüdürlər...

İndiki analar övladlarını laylasız böyüdürlər...

Ölkə

15 Fevral 2011, 11:47

Ananızın sizə layla dediyi yadınızdadırmı? Bu laylanın istiliyində mışıl-mışıl yatdığınızı xatırlayırsınızmı? Heç o günlər üçün burnunuzun ucu göynəyirmi...?
Məncə kimsənin yadında deyil, kimsə bunu xatırlamır...

Burnunun ucu göynəyənlər isə hamıdır. Söhbət gerçəkdən ana laylası görənlərdən gedir.

Çox təəssüf ki, mənəvi dəyərlərin getdikcə itib-batdığı qlobollaşma dediyimiz zaman içində laylalar da tədricən unudulur. Sizcə, indiki gənc nəsil, indi ana olanlar uşaqlarına layla deyirlərmi? Araşdırmalar “yox” deyir.

Xalq mövcud olduğu gündən ananın dilində həmişə duası, laylası səslənib

Layla dövrü adətən körpənin ağlının kəsmədiyi dövrdür və uşaq onun mahiyyətini bilmir, bu, bir ahəngdir. Körpə ananın səsinin həzinliyini və doğma dildə səslənən sözlərin intonosiyasını eşidir. O, bunu dərk etməsə də, ruhu başa düşür və mənəvi rahatlıq tapır, dincəlir. O, həzin səsin sədaları altında yatır. Bu mənada laylanın ahəngi birbaşa uşağın qanına sızır. Ana laylası o dərəcədə uşağa təsir edir ki, onun ruhunu cilalayır.

Xalq yazıçısı Əzizə Cəfərzadə yazırdı ki, bayatımız xalqımızın tarixi qədər uludur, qədimdir. Xalq mövcud olduğu gündən, lap ibtidai icma quruluşundan ananın dilində həmişə duası, laylası olub.

Ümumən müsəlman və türk konteksində belə olub. Laylalar, oxşamalar, əzizləmələr Azərbaycan türkünün məişətinə daha xarakterikdir. Bunlar folklorumuzun ən qədim janrlarından biridir. Bütün bunlar toplanıb kitablarda qalır, ancaq təssüf ki, dillərdə yoxdu.

Elmi-texniki tərəqqi milli adətləri sıradan çıxarır...

“Laylalar kəndlərdə, müxtəlif rayonlarda qalıb. Amma şəhərin başqa qayda-qanunları var. Uşaq dünyaya gəlir, imkanlı ailələrdə uşağa dayə baxır. Çox ailələrin uşaqlarını ruslar tərbiyə edir. Bundan sonra uşağa laylanı yeritmək mümkün deyil. Məhz bu baxımdan şəhərdə milliliyin gözlənilməsi və qorunması çətin məsələdir”. 

Bu sözləri əməkdar mədəniyyət işçisi, folklorsünas Elxan Məmmədli Modern.az-a deyib. Onun sözlrinə görə, Bakı şəhərində hazırda mövcud olan xüsusiyyətlər qədim ənənələri sıradan çıxarır: “Elmi-texniki tərəqqinin inkişafı da bu adətləri görünməz edib. Ancaq qədim vaxtlarda Bakıda da laylalar geniş yayılmışdı”.

E.Məmmədli bildirir ki, çox yaxşı olardı analar layları dillərindən əksik etməsin: “Kütləvi informasiya vasitələrinin bu işdə böyük rolu var. Adi bir misal şəkim: Azərbaycanın çox regionlarına xas olmayan meyxananı az bir vaxtda təbliğ etdilər, indi az qalıb Azərbaycanı meyxana başına götürsün”.

Analar öz uşaqlarına öz sudunu vermir, layla demir...


E.Məmmədli hesab edir ki, ana laylalarını, bayatıları da bu şəkildə təbliğ etmək olar: “Bu ənənəni geri qaytarmaq üçün təbliğatdan geniş istifadə etmək lazımdır. Eyni zamanda həmsöhbətimiz qeyd edir ki, bu faktor ilk növbədə həm də tərbiyə ilə bağlıdır. Mənə elə gəlir ki, layla, oxşama eşidən körpə gələcəkdə heç vaxt başqa yollara düşməz, xalqın kökünə bağlı insan olar. Bu mənada, bizim itirdiklərimizin və tərbiyədə uduzduqlarımızın ən böyük və ən başlıca səbəblərindən biri,  körpə vaxtı ananın südü ilə birgə övladın layla eşitməməsidir. Körpələr mütləq layla eşitməlidir. Çox təssüflər olsun ki, indiki analar övladlarına süd vermir, uşaqlar süni qidalarla böyüyürlər”.

E.Məmmədli eyni zamanda maraqlı bir fikir də səsləndirdi. O, hesab edir ki, süni qidalarla qidalanan bu günün uşağı, gələcəyin anasının dilində heç vaxt layla ola bilməz: “Bunlar hamısı südlə gələn şeylərdi. Deyirlər südlə gələn sümüklə çıxar, bu, atalar sözüdür”.

Müasir analar tənbəlləşib...

Folklorşünas hesab edir ki, tarixi keçmişimizdən uzaq düşməyimizin səbəblərindən biri də müasir anaların çox tənbələşməsidir: “Bu, xüsusən də şəhər mühitində daha çox kütləvi hal alıb. İndiki analar çox tənbəldir, deyirlər ki, ay nə bilim gözəlliyi itir, fiqura korlanır. Hətta analıqdan imtina edən qadınlar da var, onlar özünü düşünür, gələcək nəsli düşünmür.

Bilirsiniz, qırılan ənənələri bərpa etmək çətindir. Arada olan nəsillər bu ənənəni yaşaya bilməyibsə, sonra onu bu kökə qaytarmaq çox çətindir.

Belə bir məsəl var: gəlin gəlin olmaz, getdiyi yer gəlin olar. Yəni,  qaynanalar, qoca nənələr özləri də bu məsələdə günahkardır. Belə ki, onlar evə gələn gəlindən tələb etməlidir ki, körpəyə layla oxusun, yaxud nəvəsinə cavan gəlinin yanında layla çalmalıdır. Bu amillər də ənənələrin yaşadılması üçün bir vasitədir”.

Dədə-babadan gələn tərbiyə məktəbi sarsılıb...

E.Məmmədli təəssüf hissi ilə bildirir ki, hazırda həm də dədə-babadan gələn tərbiyə məktəbi sarsılıb: “Bu haqda danışmaq mənim üçün çox çətindir. Bunun bir çox səbəbləri var. İctimai mühütin özü də bu amilə təsir edir. Gör, götür dünyasıdır, görməyənlər götürə bilmir axı. Ona görə də bu işlər axsayır”.

Müsahibimizin sözlərinə görə, layla ilə böyüyən uşağın dünyagörüşü də fərqli olur: “Ana südü və layla ilə böyüməyən uşaqlarda gələcəkdə çox böyük fəsadlar olur. Bütün bunlar gələcək nəsillərdə çox çiddi fəsadlara gətirib çıxara bilər. Belə ki, xalqın taleyinə, tarixinə biganəliklə, laqeydlik tendisiyası ilə nəticələnə bilər. Ana südü və layla ilə böyüməyən uşağın gələcəkdə qardaşla, bacı ilə olan münasibətlərində soyuqluq yarana bilər. Elə ən böyük fəsad da bundan ibarətdir ki, doğma insanlar bir-birindən uşaqlaşacaq”.

Bəzən gecələri ta sübhə qədər.
Anam layla çalıb, qulaq asmışam.
Unudub dünyanın dərdi, qəmini.
Şirin arzulara qanad çalmışam...

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı