Sevinc, fərəh – sonucdur, onu yaradan isə yaşamın insanlığa uyğun olmasıdır.
***
Ardıcıl fərəhli olmaq üçün ardıcıl insanlaşmaq, insanlaşdırmaq gərəkdir.
***
Fərəhli olmaq – içindəki insani gözəlliyi görməkdir, yaratmaqdır, qorumaqdır.
***
Hamı gözəlliyi hazır istəyir. Kimsə gözəlliyi yaratmaq istəmir, ona görə insani gözəlliklər yoxa çıxır.
***
Gözəlliyi yaratmaq və yaşatmaq insandan ruhani güc istəyir.
***
Hamı bir-birindən səmimilik umur, hamı bir-birini səmimiyyətsizlikdə qınayır: insanlaşmadan səmimi olmaq olmur.
***
Səmimiliyin ölçüsü - insanlıqdır.
***
Başqasına inanmayan ondan səmimilik gözləyə bilməz: inamsızlıq – səmimiyyətsizlikdir!
***
Ruhaniyyatdan qıraqda insan olmaq mümkün deyil – ona görə ki, insan ruhani varlıqdır.
***
Ruhaniyyatdan qaçmaq – insan olmaqdan qaçmaqdır.
***
Ruhaniyyat – insan olmaq işidir, yoludur.
***
Ötəri pis düşüncə – adamı pis adam olaraq saxlayır: pis düşünən – yaxşı adam ola, sayıla bilməz.
***
Ötəri pis söz – adamı pis adam olaraq saxlayır: pis söz danışan yaxşı adam ola, sayıla bilməz.
***
Ötəri pis iş – adamı pis adam olaraq saxlayır: pis işə gedən – yaxşı adam ola, sayıla bilməz.
***
Pisin azı – çoxdur, yaxşının çoxu – azdır.
***
Az pisin acısı – çoxdur, çox yaxşının sevinci – azdır.
***
Pislik – gücsüzlükdən yaranır, yaxşılıq – ruhani gücdən.
***
Pislik edən – insanlığa inanmır, özünün kamilliyə gedən yolunu bağlayır.
***
Hamı bir-birinə pislik edir, de gəl, kimsə özünün pisliyinə inanmır.
***
Bütün gözəl işlərin hamısı insanlıqdan yaranır.
***
Bütün pis işlərin hamısı adamlıqdan yaranır.
***
Ən balaca yaxşı iş – insan ləyaqəti sayılmalıdır.
***
Ən balaca pis iş – insan ləyaqətsizliyi sayılmalıdır.
***
Özünəinam – öz insanlığına inamdır.
***
Özünəinamsızlıq – öz insanlığına inamsızlıqdır.
***
Başqasına inam – başqasının insanlığına inamdır.
***
Başqasına inamsızlıq – başqasının insansızlığına inamsızlıqdır.