Modern.az

YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

Ölkə

10 Avqust 2024, 18:59

Yeni Azərbaycan Partiyası 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə siyasi partiyalar üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtından imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

 

O bildirib ki, 60-dan çox namizədi olan siyasi partiyalar bu hüquqa sahib olur: “Qanunvericiliyə əsasən ödənişsiz efir vaxtından yalnız Yeni Azərbaycan Partiyası istifadə edə bilər. Onlar da rəsmi müraciət edərək ədalətli seçki mühitinin təmin edilməsi məqsədilə bu hüquqdan imtina ediblər”.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!