Azərbaycanda hakimlərin ümumi ştat sayı 800-dür.
Modern.az-ın məlumatına görə, hazırda ölkə üzrə fəaliyyət göstərən hakimlərin sayı 705 nəfər təşkil edir.
Hakimlərin bölgüsünə əsasən, 36 hakim Ali Məhkəmədə, 144 hakim apellyasiya məhkəmələrində fəaliyyət göstərir.
Bundan əlavə, ağır cinayətlər məhkəmələri üzrə 53, hərbi məhkəmələr üzrə 24, inzibati məhkəmələr üzrə 45, kommersiya məhkəmələri üzrə isə 26 hakim fəaliyyət göstərir.
Ən çox hakim sayı isə rayon və şəhər məhkəmələrinin payına düşür. Belə ki, həmin məhkəmələr üzrə hakimlərin sayı 377 nəfərdir.