Modern.az

Ukraynalı deputatdan Azərbaycan xalqına minnətdarlıq MESAJI

Ukraynalı deputatdan Azərbaycan xalqına minnətdarlıq MESAJI

Ölkə

Bu gün, 18:03

Azərbaycanla Ukrayna arasında güclü əlaqələr var.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Ukrayna parlamentinin deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Kreydenko Modern.az-a özəl açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycana ilk dəfə səfər etmir və hər iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir:

“Azərbaycan parlamentinin üzvləri ilə bir çox görüşlər keçirmişik. İqtisadiyyat, infrastruktur, maliyyə sektoru və digər istiqamətlərdə əməkdaşlığı müzakirə etmişik. Azərbaycan və Ukrayna xalqları arasında çox güclü əlaqələr mövcuddur. Bu əməkdaşlığı iqtisadiyyat, nəqliyyat və digər sahələrdə davam etdirməliyik ki, insanlar üçün daha çox imkanlar yaransın”.

Deputat Azərbaycanın Ukraynaya humanitar dəstəyini də yüksək qiymətləndirib:

“Belə bir vaxtda energetika sahəsində göstərilən dəstək bizim üçün çox vacibdir. Azərbaycan dövləti, hökuməti, Prezident İlham Əliyev Ukraynaya yardım göstərilməsi istiqamətində fəal çalışırlar”.

Vladimir Kreydenko iki xalq arasında ailə bağlarının da münasibətləri gücləndirdiyini bildirib:

“Azərbaycanlı və ukraynalı ailələrin sayı kifayət qədərdir. Bu da xalqlarımız arasında münasibətlərin nə qədər yaxın olduğunu göstərir”.

Ukrayna parlamentinin üzvü onu da əlavə edib ki, WUF13 çərçivəsində keçirilən görüşlər Ukraynadakı vəziyyətin müzakirəsi və beynəlxalq dəstəyin artırılması baxımından mühüm platformadır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı