Modern.az

Rusiya neftindən tam imtina edirlər

Rusiya neftindən tam imtina edirlər

Dünya

Bu gün, 13:59

Gürcüstanın Kulevi limanında yerləşən neft emalı zavodu 2026-cı ilin avqust-sentyabr aylarından etibarən Rusiya mənşəli xam neftin idxalından tam imtina edəcək.

Modern.az xəbər verir ki, bu barədə zavodun sahibi olan "Black Sea Petroleum" (BSP) şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasında bildirilib ki, avqust-sentyabr aylarından etibarən müəssisədə yalnız qeyri-Rusiya mənşəli xam neft emal olunacaq.

"Bu qərar "Black Sea Petroleum" şirkətinin istehsal etdiyi məhsulların yüksək gəlirlilik vəd edən bazarlara çıxışını təmin edəcək", - deyə açıqlamada qeyd olunub.

Şirkətin məlumatına görə, 2026-cı ilin ilk yarısında zavodda emal olunan neftin həcmi 650 min tonu ötüb.

Bundan əlavə, "Black Sea Petroleum" beynəlxalq texnologiya şirkəti "Honeywell" ilə əməkdaşlığını genişləndirib. Yeni razılaşma çərçivəsində müəssisəyə müasir avadanlıqların tədarükü və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada