Modern.az

TDT-nin növbəti Zirvə görüşü gələn ay Türkiyədə keçiriləcək

TDT-nin növbəti Zirvə görüşü gələn ay Türkiyədə keçiriləcək

Ölkə

Bu gün, 14:36

Azərbaycan və Türkiyə çoxtərəfli platformalarda əməkdaşlığın və qarşılıqlı koordinasiyanın genişləndirilməsini müzakirə edib.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı və onun qurumları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı müzakirə etdik. Gələn ay Türkiyədə təşkilatın növbəti Zirvə görüşü keçiriləcək. Bu gün Zirvə görüşünə hazırlıqla bağlı faydalı müzakirələr apardıq.

Türk Dövlətləri Təşkilatı həm Azərbaycan, həm də Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır. Bu, qardaş ölkələri birləşdirən ailə təşkilatıdır. Burada həmrəyliyin daha da möhkəmləndirilməsi və koordinasiyanın təkmilləşdirilməsi hər iki ölkə üçün xüsusi önəm kəsb edir”, – Ceyhun Bayramov vurğulayıb.

Xarici işlər naziri Azərbaycanın COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verəcəyini də bildirib:

“COP29 sədri kimi Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstəyini ifadə edir. COP29-un keçirilməsində iştirak etmiş və iqlim diplomatiyası sahəsində fəaliyyət göstərən heyətimiz COP31-in uğurla təşkilinə də töhfə verəcək”.

Sizə yeni x var
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı