Modern.az

Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi

Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi

Hadisə

18 Noyabr 2026, 16:11

Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10 320 manat olan naqil və akkumulyator oğurlanıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan