Modern.az

Qarabağdakı qondarma qurum özünü BURAXDI

Qarabağdakı qondarma qurum özünü BURAXDI

Qarabağ

28 Sentyabr 2023, 10:20

Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan "qərar" imzalayıb.

 

Bildirilir ki, 2024-cü il yanvarın 1-dək bütün qondarma "təşkilatlar" və "qurumlar" ləğv edilir və "Artsax" öz fəaliyyətini dayandırır.

 

Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı