Modern.az

Gələn il Milli Məclis üçün 400 min AZN-lik yeni maşınlar alınacaq

Gələn il Milli Məclis üçün 400 min AZN-lik yeni maşınlar alınacaq

Təhsil

24 Noyabr 2011, 16:11

Milli Məclisdə 2012-ci il büdcə  müzakirələri davam edir.

Modern.az saytı xəbər verir ki, “Milli Məclisin 2012-ci il üçün xərclər smetası”nın layihəsi müzakirəsi zamanı  qeyd olunub ki, parlamentin 2012-ci il üçün xərcləri 19 915 565 manat həcmində nəzərdə tutulub.

Xərclərin 69%-nin əmək haqqı fondu təşkil edəcək.  Həmçinin o da qeyd olunub ki, gələn il Milli Məclis üçün yeni nəqliyyat vasitələrinin alınması üçün 400 min manatın ayrılması nəzərdə tutulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı