Dekabrın 27-də İran təhlükəsizlik qüvvələri Tehranın mərkəzində qan töküb. Modern.az-ın BBC-yə istinadən yaydığı məlumata görə, İran polisi Aşura günü Tehranda dinc nümayişçilərə atəş açıb. Müxalifətə məxsus KİV-lər ən azı 5 nəfərin həlak olduğunu xəbər verib, 19 nəfər bədən xəsarəti aılb. Tehranda polislə toqquşmada müxalifətin lideri Mir Hüseyn Musəvinin bacısı oğlu Əli Musəvi də öldürülüb.