Modern.az

"Azərenerji": "Enerji qəzası «Abşeron» yarımstansiyasındakı açılmadır"

"Azərenerji": "Enerji qəzası «Abşeron» yarımstansiyasındakı açılmadır"

Təhsil

9 Fevral 2010, 16:35

Bu gün saat 11.50 radələrindən sonra Bakı şəhərinə verilə elektrik enerjisinin verilməsi dayanıb. İşıqların kəsilməsi bütün idarə və müəssisələrin, strateji dövlət obyektlərinin fəaliyyətinə mənfi təsir göstərib. Modern.az xəbər verir ki, enerji qəzası zamanı hətta Bakı Metropolitenini qidalandıran elektrik enerjisi də kəsilib.

"Bakıya verilən elektrikin kəsilməsinə səbəb «Abşeron» yarımstansiyasında açılmadır. Açılmanın səbəbini isə mütəxəssislər araşdırırlar». Ən son məlumata görə, bu barədə «Azərenerji»nin mətbuat xidməti məlumat verib. «Azərenerji» Bakıya elektrik verilişinin gün ərzində tədricən bərpa olunacağını bəyan edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?