Modern.az

Tez-tez xəstələnirsinizsə

Tez-tez xəstələnirsinizsə

Təhsil

4 Aprel 2014, 23:44

İmmunitet sisteminin güclü olması sağlam bir həyat üçün olduqca vacibdir. Əks halda bir çox xəstəliyə daha tez-tez və asan yoluxmuş olarıq. Əgər çox tez-tez xəstələnir və gec sağalaırsınızsa, deməli immun sisteminiz çox zəifdir.

Modern.az saytı immun sistemini gücləndirmək üçün bir sıra faydalı məsləhətləri sizə təqdim edir:

Qan azlığı immunitet sisteminə mənfi təsir edir. Buna görə də, qanartırıcı qidalar qəbul edin

Artıq çəkidən və hərəkətsiz həyatdan uzaq durun

Həddindən artıq yorğunluq və yuxusuzluq yaşayırsınızsa həkimə müraciət edin

Sistit probleminiz varsa müalicə olunun

Diş əti xəstəlikləriniz varsa diş həkiminizə müraciət edin

Şəkər və sink səviyyəniz də immunitetinizi təsir edər. Daimi nəzarət etdirin

D vitamini çatışmazlığının olub-olmadığını öyrənin

Spirtli içki və siqaretdən uzaq durun

Çay və qəhvəni azaltmağa çalışın

Daha çox C vitamini ilə zəngin meyvələrə üstünlük verin

Tərəvəz salatlarınıza zeytun yağı və limon əlavə edin

Bol su içməyi unutmayın

Açıq havada gəzintiyə çıxın

Hər gün günəş enerjisindən faydalanın

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...