Modern.az

Bakıda orijinal və saxta parfümeriya qoxusu - Mütəxəssis tövsiyəsi

Bakıda orijinal və saxta parfümeriya qoxusu - Mütəxəssis tövsiyəsi

Təhsil

7 Aprel 2014, 11:13

“Ümumiyyətlə, kosmetik məhsullar iki qrupa ayrılır. Birincisi qulluq məqsədilə nəzərdə tutulmuş kosmetika, digəri isə dekorativ kosmetikadır. Ən çox saxta məhsullara dekorativ kosmetika və brendlərdə rast gəlinir. Qulluq vasitəsindən söhbət gedirsə, xanımlar öz dəri tiplərinə uyğun vasitəni seçmək üçün ilk növbədə həkimə müraciət etməlidirlər. Kosmetoloji kabinet şəraitində ancaq professional qulluq vasitələrindən istifadə olunur. Bunların da saxtalaşdırılması mümkün deyil. Çünki, professional vasitələr mağazalarda satılmır”.
 
Bunu Modern.aza açıqlamasında həkim kosmetoloq Aynur Musəvi orijinal kosmetik va parfümeriya vasitələri saxta məhsullardan ayırmaq üçün verdiyi tövsiyyələrində bildirib.

“Orijinal məhsulu saxtasından seçmək üçün ilk növbədə qablaşdırmaya diqqət etmək lazımdır. Orijinal məhsullar heç vaxt açıq şəkildə satılmır. Çünki, brend markalar əsasən qablaşdırmaya önəm verir. Adi parfumeriya dükanlarından məhsul alarkən də  qablaşdırmaya diqqət yetirmək lazımdır. Qablaşdırmada isə  bağlanmaya nəzər yetirmək lazımdır. Bəzən hər hansı bir brend markanın adının bir hərfi dəyişdirilərək? başqa bir ad yaradılır. Bu isə insanlarda çaşqınlıq yarada bilər”.

“Kosmetoloq bildirir ki, orijinal kosmetik vasitənin istifadə müddəti 3 aydan artıq olmamalıdır. İstifadə müdətinin 3 aydan artıq olması tərkibində həddindən artıq konservant olduğunu göstərir. Bu cür vasitələrdən istifadədən sonra  isə allergik reaksiyalara rast gəlinir. Allergiyaya səbəbin isə ən böyük faizi konservantlar və ətirlərin üzərinə düşür.
Professional kosmetikadan xammalın iyi gəlməlidir, parfümeriya qoxusu olmamalıdır. Mağazadan alınan məhsullarda steril parfümeriya qoxusu daha çox olur.  Buna görə də, allergik reaksiya yaratma ehtimalı yüksəkdir”. 

Həkim kosmetoloq bldirir ki, əsasən diqqət yetiriləsi nüanslardan biri də ştrix kodlardır. Hər ölkənin, istehsalçının özünəməxsus ştrix kodları var. İstehsalçı ilə ştrix kod üst-üstə düşmürsə, demək ki, həmin məhsul saxtadır.

Həmçinin vasitədən istifadə zamanı da saxta məhsulu aşkarlamaq olar. Əgər vasitə dəriyə yaxşı hopmursa, istənilən nəticəni vermirsə demək olar saxta məhsuldur.

Ümumilikdə bağlama, ştrix kod, brendin adına diqqət yetirilməlidir.

“Məsələn, dodaq boyasının dodaqda uzun müddət qalması onun orijinal olmasına dəlalət etmir, hazırlanmasında daha sərt vasitələrdən istifadə edildiyini göstərir. Bu isə orqanizmə ciddi zərər verə bilər”-deyə kosmetoloq qeyd edib.

Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a açıqlamasında saxta parfumeriya məhsulları ilə mübarizədə istehlakçıların köməyinə ehtiyac olduğunu vurğulayıb.

“Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət Komitəsi yanında Teniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən kosmetik vasitələrlə bağlı, onların idxalı, satışında aşkar olunan nöqsanlar, həmçinin məhsulların keyfiyyət və təhlükəsizliyinin standartların tələblərinə uyğun olub olmadığını araşdırmaq proiritet təşkil edir. Bildiyiniz kimi, keyfiyyətsiz kosmetik vasitələr insanların sağlamlığını təhlükə altına alır. Onların qarşısını almaq üçün həmin məhsulların satışdan çıxarılma prosesi gedir. Lakin bu prosesdə istehlakçılar da komitənin nəzarət xidmətinin yanında olmalıdırlar”

Komitə nümayəndəsi deyir ki, hər dəfə bildirirlər ki, kosmetik vasitələr Nazirlər Kabinetinin qərarına əsasən, məcburi sertifikatlaşdırılan məhsullar sırasına daxil edilib.
“Həmin məhsullar satışa çıxarılmazdan  öncə komitənin akreditasiya etdiyi sertifikatlaşdırma orqanlarından sertifikat almalıdır. Onlar öz təhlükəsizliyini, məhsullarının keyfiyyəli olmasını təsdiqlədikdən sonra o məhsullara uyğunluq sertifikatı verilməlidir. Vətəndaşlar da məhsul alarkən bu sahədə ixtisaslaşmış satış nöqtələrinə üstünlük verməlidirlər. Şübhələndikləri bir məhsul olduqda satıcıdan uyğunluq sertifikatı tələb etməlidirlər. Alıcı hər zaman professional olmaya bilər. Tutaq ki, “Chanel”  ətirini metro keçidində 5 manata alan adam bilməlidir ki, həmin ətir orijinal ola bilməz. İstisna hal kimi brendlərin satıldığı dükanda məhsulun orrijinal olduğuna şübhə edən hər bir alıcı uyğunluq sertifikatını tələb etməlidir. Burda utanılası, çəkinməli bir məqam yoxdur. Bu sivil istehlakçı mədəniyyətinin formalaşmasında mühüm rol oynayan amildir”.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı