Modern.az

Magistraturaya II cəhd imtahanı haqda vacib MƏLUMAT

Magistraturaya II cəhd imtahanı haqda vacib MƏLUMAT

Təhsil

8 May 2026, 09:39

Mayın 17-də Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, bakalavrlar bu gündən “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Onlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün bu linkə daxil olmalıdırlar. Bakalavrlar  həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

 

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!