Modern.az

AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır

AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi işə başlayır

Təhsil

Bu gün, 17:19

AzEdu Təhsil Platformasının fəaliyyət proqramı ictimaiyyətin təhsillə bağlı ehtiyac duyduğu meyarlar üzrə formalaşıb. 

Modern.az xəbər verir ki, bu istiqamətlər vahid sistem daxilində birləşərək AzEdu-nun təhsil sahəsində mövqeyini daha da gücləndirməyə xidmət edəcək. 

Platforma peşəkar inkişaf üçün sertifikat proqramları, mentorluq və kouçinq xidmətləri, eləcə də təhsil forumlarının təşkili ilə yanaşı, bir neçə istiqamətli təhsil xidmətlərinin də təşkilinə start verib. Xidmətlər texniki dəstək, konsultasiyalar, nəzəri bilgiləndirmələr, ən doğru seçimləri əhatə edəcək. 

AzEdu Təhsil Platforması yuxarıda sadalanan istiqamətləri nəzərə alaraq, AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzinin fəaliyyətinə start verir.

Platforma çərçivəsində fəaliyyət göstərəcək mərkəz təhsil xidmətləri sahəsində uğurlu mütəxəssislər prosesə cəlb ediləcəkdir. 

Təqdim olunacaq xidmətlər müəllimlər, abituriyentlər, şagirdlər, valideynlər və tələbələr üçün nəzərdə tutulub. 

AzEdu brendi altında fəaliyyət göstərəcək AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi bir neçə istiqamətdə təhsil xidmətlərini həyata keçirəcək. Həm şirkətə məxsus peşəkar əməkdaşların, həm də tərəfdaş olaraq cəlb ediləcək mütəxəssislərin iştirakı ilə bir neçə istiqamətdə təhsil xidmətləri müəllim, abituriyent, şagird və valideynlərə, eləcə də tələbələrə təqdim olunacaq.

AzEdu Təhsil Xidmətləri və Konsultasiya Mərkəzi tərəfindən həyata keçiriləcək xidmətlərin bir hissəsini təqdim edirik:
 
-Peşəkar ixtisas seçimi (kollec, universitet-bakalavriatura və magistratura);
-Peşə təhsili ilə bağlı qeydiyyat, konsultasiya və seçimlər;
-Universitetlərə qəbul qaydaları, qeydiyyat işləri və portal qeydiyyatları;
-Peşəkar mütəxəssislər tərəfindən konsultasiyalar;
-Tələbə transferləri ilə bağlı maarifləndirmə və texniki xidmət işləri;
-Əlavə təhsillə (ikinci ali təhsil)  bağlı  texniki xidmət işləri;
-Məktəbəqədər təhsillə bağlı konsultasiya və texniki xidmət, qeydiyyat dəstəyi;
-Məktəblilərin yerləşməsi və yerdəyişməsi ilə bağlı texniki xidmət və qeydiyyat.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV