Modern.az

Vüsal Xanlarov: AI istifadə edən şagirdi cəzalandırmaq olmaz

Vüsal Xanlarov: AI istifadə edən şagirdi cəzalandırmaq olmaz

Təhsil

Bu gün, 15:23

Müəllim şagirdi süni intellektdən istifadə etdiyinə görə aşağı qiymətləndirməməlidir.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.

Onun sözlərinə görə, qiymətləndirmə şagirdin süni intellektdən istifadə edib-etməməsinə görə deyil, əldə etdiyi məlumatı nə dərəcədə mənimsəməsi və təqdim etməsi əsasında aparılmalıdır.

"Əgər şagird hazır təqdimatdan istifadə edib öz fikrini ifadə edə bilmirsə, qiymətləndirmə də buna görə aparılmalıdır. Burada məsələ süni intellektdən istifadə etmək deyil, həmin məlumatı necə mənimsəmək və təqdim etməkdir", – deyə o qeyd edib.

V.Xanlarov bildirib ki, süni intellektdən hazır cavab tapmaq üçün istifadə etmək düzgün yanaşma deyil:

"Bəzən deyirlər ki, uşaqlar süni intellektdən istifadə edib testlərin cavablarını tapacaq, düşünməyəcək və tənbəlləşəcəklər. Bu, süni intellektdən sui-istifadədir. Əsas məsələ uşağa süni intellekt dövründə düşünməyi, analiz etməyi və əldə etdiyi məlumatı tətbiq etməyi öyrətməkdir".

İdarə rəisinin sözlərinə görə, müasir təhsildə şagirdlərdən yalnız məlumatı əzbərləmək deyil, onu təhlil etmək, əlaqələndirmək və praktikada tətbiq etmək bacarığı tələb olunmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!