Modern.az

Magistratura üzrə qabiliyyət imtahanlarına start verildi

Magistratura üzrə qabiliyyət imtahanlarına start verildi

Təhsil

16 İyul 2026, 11:04

15 iyul Bülbül adına orta ixtisas musiqi məktəbində magistratura səviyyəsinin 68 nömrəli (musiqi sənəti istiqaməti) proqramı üzrə qabiliyyət imtahanı keçirilib.

Modern.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qrafikə uyğun olaraq 70 nömrəli (təsviri sənət) proqram üzrə 17 iyul, 69 nömrəli (teatr, kino və xoreoqrafiya) proqram üzrə isə 19 iyul tarixlərində qabiliyyət imtahanları keçiriləcək.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi