Modern.az

Azərbaycanda iki yeni peşə məktəbi yaradılacaq

Azərbaycanda iki yeni peşə məktəbi yaradılacaq

Təhsil

Bu gün, 11:46

Azərbaycanda iki peşə təhsili müəssisəsi yaradılacaq.

Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, bu peşə məktəbləri Türkiyə ilə əməkdaşlıq çərçivəsində yaradılacaq:

"Bu təhsil müəssisələrinin Bakı və Qubada açılması planlaşdırılır. Burada təhsil alan tələbələr iki diplomla təmin olunacaqlar. Həm Azərbaycan, həm də Türkiyə peşə təhsil diplomları tələbələrə təqdim olunacaq. Bu müəssisələrdə 5 ixtisas tədris olunacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi