Modern.az

UNEC-də süni intellektin tətbiqi ilə bağlı YENİLİK

UNEC-də süni intellektin tətbiqi ilə bağlı YENİLİK

Təhsil

Bu gün, 11:12

"Aidiyyəti olanlarla Süni İntellektin (Sİ) bütövlükdə ali təhsildə və o cümlədən UNEC-də tətbiqi ilə bağlı hədəflərimizə nail olmaq yollarını növbəti dəfə müzakirə etdik. İlkin addımları müəyyən etdik və icrasına başlamağa qərar verdik".

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi feysbuk hesabındakı paylaşımda qeyd edib.

"İnanıram ki, bu təşəbbüs UNEC-in beynəlxalq rəqabət qabiliyyətini daha da artıracaq, Azərbaycanda ali təhsildə süni intellekt ekosisteminin inkişafına mühüm töhfə verəcək və UNEC-in regionda ali təhsil üzrə Sİ mərkəzlərindən birinə çevrilmək üçün yeni imkanlar yaradacaq. Əsas məqsədimiz gələcəyin universitet modelini gözləmək yox, onun formalaşmasında fəal iştirakçıya çevrilməkdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr