Modern.az

Konfliktlər və QHT-lər...

Konfliktlər və QHT-lər...

Təhsil

18 Mart 2015, 14:51

Əvvəlcə qeyd edək ki, həm Qərb ölkələrində, həm də  Azərbaycanda qeyri-hökumət təşkilatlarının hamı tərəfindən qəbul edilmiş qaydada konfliktlərin həllində rolu haqqında vahid fikir yoxdur. Konfliktlərin həllində QHT-lərin rolu və onun iştirak mahiyyətinin qiymətləndirilməsində nəzəri-metodoloji yanaşmalarında ciddi fərqlər mövcuddur. Bildiyiniz kimi konfliktlərin öyrənilməsi ilə məşğul olan konfliktologiya elmi münaqişələrin mahiyyəti, səbəbləri, mərhələləri və iştirakçılarının müəyyən edilməsi, münaqişəli vəziyyətlərin idarə olunması yollarının müəyyən edilməsi, üsullarının axtarılıb tapılması, münaqişələrin əsas formalarının tapılması, özünəməxsusluğunun müəyyən edilməsi ilə məşğul olur. Bu yazıda biz göstərilən proseslərdə QHT-lərin rolunu araşdırmağa çalışacağıq.

 Son zamanlar politoloji ədəbiyyatlarda  konfliktərin həllində QHT-lərin rolu və yeri barədə tez-tez qeyd edilir. Tədqiqatçı-alimlər hesab edirlər ki, QHT-lərin münaqişələrin həlli proseslərində iştirakı yeni dünyagörüşünün əsasını formalaşdırır.

Müasir dövrümüzdə münaqişələr ictimai həyatın bütün sahələrində və inkişafının bütün səviyyələrində mövcuddur. Bu baxımdan həm sosial, həm də siyasi istiqamətlərdə mövcud olan konfliktlər və onların həllindən QHT-lərin yeri və rolu tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edir.


Sosial  konfilktlər və QHT-lər.
Konfliktoloji nəzəriyyələrdə  sosial konfiliktlər dedikdə ehtiyat uğrunda  mübarizə ilə bağlı olan münaqişələr kimi başa düşülür. Onlar insan və təbiətin sərhəddində yaranır, istehsal və istehlak zonasında davam edir.İnsanın insan üzrərində hakimiyyət zonasına keçdikdə bu münaqişələr siyasi münaqişələr çevrilir, ali dəyərlər uğurunda münaqişə isə onları mənəvi münaqişələrə çevririr. Totalitar quruluşlarda münaqişə qəbul olunmur və onun həllinin yeganə yolu ilə isə güc mexanizmindən istifadə etməkdir. Sosial münaqişə nəzəriyyəsinin klassiki G.Zimmel hesab edirdi ki, cəmiyyətdə münaqişələr qaçılmaz və labüddür. Alman sosioloqu Ralf Darendorf isə belə yazır: «Sosial münaqişələr cəmiyyətlərin strukturu əsasında formalaşır, cəmiyyətlər hökmranlıq ittifaqları, ona görə də təşkil olunmuş tərəflər arasında toqquşmanın daima formalaşması etimalı burada çox yüksəkdir”. Demokratik cəmiyyətlərdə sosial münaqişələr isə mövcud ziddiyyətlər üzə çıxarmaqla, münaqişə tərəflərin mənafeləri nəzərə alınmaqla,ümumi qərar qəbul etməklə, qanunauyğun və sivil yolla həll edilməsi nəzərdə tutulur.

Tədqiqatçı-alimlər hesab edirlər ki, QHT-lər də demokratik cəmiyyətlərin əsas atributlarından biri olmaqla sosial ziddiyyətlərin vaxtında üzə çıxarmaqla sosial münasibətlərin sabitləşdirilməsində, gələcəkdə baş verə biləcək sosial gərginliyin qarşısının alınmasında  cəmiyyəti idarəedən digər sturukturlarla yanaşı iştirak edirlər. QHT-lər sosial konfiliktlərin həllinin və nizamlanmasının fəal iştirakçısı olmaqla eyni zamanda sosial prosesləri stimullaşdırmaqla cəmiyyətə dinamiklik verə bilər, yaradıcılıq və müasirliyi təşviq etməklə isə ictmai tərəqqiyə dəstək göstərmiş olar. Sosial qarşılıqlı münasibətlər, cəmiyyətdə vətəndaşların sosial rolları, sosiallaşma, yaranmaqda olan yeni ailədaxili münasibətlər transformasiya dövrünün ziddiyyətləri və inteqrasiya prosesləri zamanı meydan çıxan konfiliktlərin qarşısının alınmasında QHT-lər mühüm rol oynamalıdırlar. Eyni zamanda bu proseslərdə iştirak QHT-lərin missiyasıdır.

QHT-lər həm də cəmiyyətdə potensial  münaqişə ocaqları haqqında bir “beyin mərkəzi” olaraq elmi-nəzəri tədqiqatlar aparmaqla müəyyən edilmiş problemləri qabarda bilər və  konfliktlərin həlli yolunu göstərə bilən layihə təkilf edə bilərlər. Cəmiyyətdə bəzən sosial münaqişələrin yaranmasının əsas səbələrindən biri mövcud qanunvericilikdə olan boşluqlardır. QHT-lər də öz növbəsində cəmiyyətlə daha sıx təmasda olduğundan qanunvericilik və onun praktiki  tətbiqi arasındakı uyğunsuzluğu,eyni zamanda qanunların bir-birilə ziddiyyət təşkil etməsini tez üzə çıxarda bilər, səlahiyyətli orqanlar qarşısında məsələ qaldıra və mövcud qanunvericiliyin təminləşdirilməsində iştirak edə bilərlər. QHT-lər münaqişə tərəfləri arasında kompromis yaratmağı, həm də cəmiyyətdəki sosial münaqişələrin ədalətli həlli uğrunda çalışmalı və buna nail olmağı bacamalıdırlar.

Siyasi konfiliktlər və QHT-lər. Konfliktolji nəzəriyyələrə əsasən siyasi konfliktlər hakimiyyət münasibətləri ilə bağlı siyasi subyektlərin toqquşmasıdır. Siyasi münaqişənin subyektləri həmişə müəyyən sosial birliyin adından çıxış edirlər. Ayrı-ayrı vətəndaşlar öz mənafe və dəyərlərini müdafiə birliklər,təşkilatlar, institutlar yaradır və beləliklə siyasi münaqişənin subyektinə çevrilirlər. Bu baxımdan vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-ləri də siyasi münaqişələrin bir subyekti kimi qəbul etmək olar. Qeyd etmək lazımdır ki, heç bir siyasi münaqişə insanların fəal, şüurlu, məqsədyönlü fəaliyyəti olmadan yarana,inkişaf edə və nizama salına bilməz. Bu münaqişələrdə ayrı-ayrı fərdlər, dövlətlər, korporasiyalar, etnik, dini və başqa əlamətlər üzrə birləşmiş sosial birliklərlə yanaşı QHT-lər də eyni zamanda siyasi münaqişələrin subyekti kimi iştirak edə bilər. Siyasi münaqişələr öz növbəsində iki qrupa: beynəlxalq və daxili-siyasi münaqişələrə ayrılır. Münaqişə, birincisi onun predmetini hakimiyyətin əldə edilməsi,yenidən bölüşdürülməsi,saxlanması təşkil etdikdə daxili-siyasi, ikincisi, münaqişə tərəfləri arasında qarşıdurma milli-dövlət sərhədlərindən kənara çıxdıqda beynəlxalq siyasi münaqişəyə çevrilir.

Daxili-siyasi münaqişələrin həlli üçün daim cəmiyyətin modernləşdirilməsinə ehtiyac var. Inkişaf prosesində yaranan  ziddiyyət və münaqişələrin həlli vastiəsi kimi cəmiyyətin modernləşməsində QHT-lər də öz potensiallarında aktiv istifadə  edərək prosesə öz töhvələrini verməyi bacarmalıdırlar. Bundan başqa icitmai-siyasi sistemdə stabilliyin pozulması və siyasi münaqişələrin yaranması kontrelitanın formalaşmasına təkan verir. Onlar siyasi elitanın tərkibinə düşmədikdə hökumətə qarşı fəallıq göstərirlər.  Qeyd edək ki, sözügedən proseslərdən kənarda olmayan, ictmai-siyasi sistemin bir subyekti olan QHT sektorunda formalaşan kontrelitanı da siyasi münaqişələrin həlli üsulu kimi siyasi elitaya inteqrə etmək məqsədəuyğudur.

Konfliktoloji ədəbiyyatlarda münaqişələrin həlli çoxpilləlli bir proses kimi vəziyyətlərin təhlili və qiymətləndirilməsini, münaqişənin həlli üsulunun seçilməsini, hərəkət planının formalaşdırılmasını,onun reallaşdırılmasını, öz hərəkətlərinin səmərəliyinin qiymətləndirilməsini  özündə ehtiva edir. Bu proseslərdə vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lərin potensialından istifadə olunması münaqişələrin həllinə müsbət təsir göstərə bilər. Məlum olduğu kimi, üçüncü tərəfin münaqişənin nizama salınmasında iştirakı onun başa çatdırlmasının nəticəviliyinə təsir göstərən mühüm amildir. Münaqişələrin nizama salınmasında üçün tərəf - mediator ictimai əhəmiyyətli fəaliyyət forması kimi yaranıb formalaşmışdır. Hələ ötən əsrin ortalarından Qərb ölkələrində münaqişələrin həlli üzrə ixtisaslaşmış QHT-lər təsis olunmağa başlamımış və onlar müasir günümüzdə də aktiv  fəaliyyət göstərir. Həmin QHT-lərin əsas vəzifəsi  yeni mediator metodlarının hazırlanması, habelə danışıqların aparılmasının tədris proqramlarının işlənib hazırlanması və digər istiqamətlərdir. QHT-lər eyni zamanda münaqişələrin nizama salınmasında mediator  kimi birbaşa da iştirak edə bilərlər.

Beləliklə QHT-lər demokratik,hüquqi dövlətin, vətəndaş cəmiyyətinin bir elementi olaraq sosial,siyasi konfliktlərin həllində və ölkənin tərəqqisi uğrunda mübarizədə  daim ön sıralarda olmağı bacarmalıdırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı