Modern.az

Mirziyoyev diaspor nümayəndələrimizi TƏLTİF ETDİ

Mirziyoyev diaspor nümayəndələrimizi TƏLTİF ETDİ

Diaspor

1 Avqust 2022, 15:32

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq Sərəncamı ilə yüksək dövlət mükafatına layiq görülən bir qrup tanınmış şəxs arasında Azərbaycan diasporunun fəal nümayəndələri də var.

 

Modern.az xəbər verir ki, Xalqlar Dostluğu Günü münasibətilə imzalanan Sərəncama əsasən, Respublika Azərbaycan Milli-Mədəni Mərkəzinin idarə heyətinin üzvü Eldar Məmmədov və “Qardaşlıq” Azərbaycan Mədəni Mərkəzinin sədr müavini, Daşkəndin Mirabad rayonunun Temiryolçular məhəllə komitəsinin sədri Mehriban Rəhimova “Dostluq” ordeni ilə təltif olunublar.

 

Diaspor üzvlərimiz ölkədə millətlərarası harmoniya və dostluğun, müxtəlif xalqların və millətlərin nümayəndələri arasında tolerantlıq, mehribanlıq və qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə, milli mədəniyyətlərin, adət-ənənələrin qorunub saxlanılmasına və inkişafına töhfə verdiklərinə görə bu mükafata layiq görülüblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsi hər iki diaspor nümayəndəsini bu mükafat münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu