Modern.az

Rektor “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” nda - FOTO

Rektor “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” nda - FOTO

Diaspor

25 İyun 2024, 23:58

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Almaniyada daha bir mühüm tədbir – “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” öz işinə başlayıb. Forumda Avropadan 125 mühəndis, alim, eləcə də tanınmış və nüfuzlu diaspor nümayəndələri, eləcə də digər qurumların nümayəndələri, yerli və xarici qonaqlar iştirak ediblər.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Forum iştirakçılarına təbrikində bildirilib ki: “Mühəndislər forumu müzakirə və əməkdaşlıq üçün konstruktiv bir platformadır. Bu gün mühəndislərimizin, fərqli mühəndislik sahələrində işləyən azərbaycanlı mütəxəssislərin foruma toplaşması bilik, təcrübə və ideyaların mübadiləsi üçün unikal bir imkan yaradır. Komitə olaraq biz də öz növbəmizdə xaricdə yaşayan mühəndislərimizi və alimlərimizi dəstəkləyir, onlara karyera və inkişaf üçün imkanlar yaratmağa çalışırıq”.

 

Çıxışlarda Forumun əhəmiyyəti, aparılan müzakirələrin elmi faydaları, azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlükləri diqqətə çatdırılıb, iştirakçılara uğurlar arzulanıb, sonra Avropanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı alim və mütəxəssislər müxtəlif mövzularda təqdimatlar ediblər.

 

Berlin Tibb Məktəbi və Berlin Biznes Məktəbi, Sistem Administratoru Rauf Abdullayevin moderatorluğunda keçən Forum öz işini panel müzakirələri ilə davam etdirib.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə yaşayan mütəxəssislərin iştirakı ilə ixtisaslaşmış forumlar təşkil edir. Bu günədək xaricdə yaşayan azərbaycanlı alimlərin və həkimlərin bir neçə forumu təşkil olunub. Həmin forumlar Azərbaycan diasporu arasında böyük rəğbətlə qarşılanıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?