Modern.az

Azərbaycanla Qazaxıstan arasında olan qardaşlıq bütün səviyyələrdə nümunədir - Komitə sədri 

Azərbaycanla Qazaxıstan arasında olan qardaşlıq bütün səviyyələrdə nümunədir - Komitə sədri 

Diaspor

15 İyul 2024, 12:44

Azərbaycanla Qazaxıstan arasında olan qardaşlıq bütün səviyyələrdə nümunə təşkil edir. İki xalq arasında qardaşlığın möhkəmlənməsi bütün sahələri əhatə edir.

 

Modern.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüş zamanı deyib.

 

Komitə sədri Qazaxıstanda Azərbaycanın çox güclü diaspor təşkilatlarının olduğunu vurğulayıb. Bildirib ki, istər pandemiya, istərsə də İkinci Qarabağ müharibəsi dövründə Qazaxıstanda yaşayan Azərbaycan diasporunun nümayəndələri böyük fəallıq göstəriblər.

 

"Komitə olaraq məqsədlərimizdən biri odur ki, xaricdə yaşayan soydaşlarımızla hər zaman əlaqələri qoruyub saxlayaq. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları iki ölkə arasında dostluğun daha da möhkəmlənməsinə xidmət etməlidir. Çox az halda neqativ məsələlər də olur ki, biz bunları mütəmadi şəkildə müzakirə edirik”, - deyə F. Muradov vurğulayıb.

 

Qazaxıstanda hər ay diaspor təşkilatları tərəfindən böyük tədbirlərin keçirildiyini bildirən komitə sədri, həmçinin iştirakçılara gənc nəslin nümayəndələrini də diaspor təşkilatlarına dəvət etməyi, onlarla daha çox ünsiyyətdə olmağı tövsiyə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-