Modern.az

Polşada yaşayan azərbaycanlılara ödənişsiz hüquqi yardım göstəriləcək

Polşada yaşayan azərbaycanlılara ödənişsiz hüquqi yardım göstəriləcək

Diaspor

24 İyul 2024, 14:18

Varşava şəhərində yerləşən Azərbaycan Evində Polşada yaşayan azərbaycanlılara ödənişsiz şəkildə hüquqi yardım göstəriləcək.

 

Polşa Azərbaycanlıları Şurası və hüquqşünas Andriy Dementiy arasında bununla bağlı müvafiq razılaşma əldə olunub.

 

Razılaşmaya əsasən soydaşlarımız hər ay, ayda 3-4 dəfə olmaqla Varşava Azərbaycan Evində istər mülki, istərsə də kriminal məsələlər üzrə ödənişsiz şəkildə konsultasiyadan yararlana biləcəklər.

 

Qeyd edək ki, Polşanın Varşava şəhərində yerləşən Azərbaycan Evində Polşada yaşayan soydaşlarımız üçün mütəmadi olaraq şəxsi inkişaf, karyera planlaması, maliyyə, psixologiya və digər sahələr üzrə təlimlər, layihələr həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?