Modern.az

Danimarka F-16-ların əvəzinə F-35-lər aldı

Danimarka F-16-ların əvəzinə F-35-lər aldı

Dünya

15 Sentyabr 2023, 17:28

İlk F-35-lər Ukraynaya verilməli olan F-16 qırıcılarını əvəz etmək üçün Danimarkaya çatdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

Bildirilib ki, dünən ABŞ istehsalı olan dörd F-35 qırıcısı Danimarkadakı aviabazaya enib. Bu, F-16 qırıcılarını əvəz edən təyyarələrin ilk partiyasıdır. Danimarka bəzilərini Ukraynaya təhvil verəcəyini vəd edib.

 

Ukrayna Rusiyanın 2022-ci ilin fevralında başlayan işğalına qarşı çıxmaq üçün Qərb qırıcılarını istəyib. Bu yaxınlarda ABŞ Danimarka və Niderlanda Ukraynaya öz istehsalı olan təyyarələri tədarük etməyə icazə verib.

Sizə yeni x var
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi