Modern.az

Mirzoyan BCM-in binasında bayraq qaldırdı

Mirzoyan BCM-in binasında bayraq qaldırdı

8 Fevral 2024, 17:46

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin binasındakı bayraqlar sırasına Ermənistan bayrağını əlavə edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, BCM-ə qoşulmaqla bağlı mərasimin bir hissəsidir.

 

Qeyd edək ki, İrəvan Roma Statutunu ratifikasiya edərək fevralın 1-də BCM-nin tamhüquqlu üzvü olub və bu, Rusiya ilə münasibətlərdə müəyyən soyuqluq yaradıb.

 

BCM Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxarıb və qoşulan ölkələrin ərazisində qərarın icrası məcburi xarakter daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri