Modern.az

Türkiyədən acı xəbər - 10 ölü, 30 yaralı

Türkiyədən acı xəbər - 10 ölü, 30 yaralı

Dünya

26 May 2024, 22:11

Türkiyənin Mersin vilayətində zəncirvari yol qəzası baş verib. İlkin məlumata görə, hadisə nəticəsində on nəfər ölüb, 30 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mersin valisi Ali Hamza Pehlivan açıqlamasında bildirib.

 

O qeyd edib ki, hadisə Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) magistralında meydana gəlib. Qəzaya qarışan nəqliyyat vasitələri arasında şəhərlərarası sərnişin avtobusları, yük və minik avtomobilləri var.

 

Qəza bölgəsinə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı