Modern.az

Priqojinin məzarına plakat yapışdıran şəxs SAXLANILDI

Priqojinin məzarına plakat yapışdıran şəxs SAXLANILDI

22 İyul 2024, 11:38

Rusiyanın Sankt-Peterburq şəhərindəki qəbiristanlıqda "Vaqner" muzdlularının müəmmalı təyyarə qəzasında ölən sahibi Yevgeni Priqojinin məzarı üzərinə plakatlar yapışdırdığına görə bir nəfər saxlanılıb.

 

Modern.az bu barədə "Fontanka"ya istinadən xəbər verir.

 

Saxlanılan şəxsin 36 yaşı var. Nəşrin məlumatına görə, hadisə iyulun 21-i axşam saatlarında baş verib. Qəbiristanlığın gözətçisi polisə bildirib ki, o, Priqojinin məzarı üzərinə üç plakat yapışdıran şəxsi saxlayıb. İddiaya görə, onlardan ikisi Ukrayna teleqram kanalı, üçüncüsü “xoruz” təsvirli olub.

 

Nəşr qeyd edib ki, saxlanılan şəxsə sərxoş halda dəfn yerinin təhqir olunması ilə bağlı cinayət işi açılıb. Bu məlumatın rəsmi təsdiqi yoxdur.

 

"Meduza" nəşri isə yazıb ki, iyulun 20-də sosial şəbəkələrdə Poroxovskoye qəbiristanlığında Priqojinin məzarı üzərindəki abidənin ağ boya ilə örtüldüyü görünən video yayılıb. Heykəlin əlinə seks oyuncağına bənzər əşya qoyulub. Videoçəkilişin nə vaxt aparıldığı məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri