Modern.az

Sayca 58-ci hava limanı...

Sayca 58-ci hava limanı...

Dünya

10 Avqust 2024, 15:37

Bu gün, avqustun 10-da Türkiyənin cənubundakı Mersin vilayətində Çukurova Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin 58-ci hava limanının istifadəyə verilməsi mərasimində iştirak edəcək.

 

Yeni hava limanı iki cənub əyalətinin - Adana və Mersin sakinlərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Obyektin tikintisi “Tik–idarə et–ötür” dövlət-özəl tərəfdaşlıq modelinə uyğun olaraq həyata keçirilib. Layihənin həyata keçirilməsinə 244,5 milyon avro xərclənib və 25 il ərzində dövlət xəzinəsinə bu obyektin icarəsindən ödənişlərin 297 milyon 100 min avro olacağı gözlənilir.

 

Çukurova Hava Limanının tutumu ildə 8 milyon sərnişin olacaq.

 

Çukurova Hava Limanı Türkiyənin ikinci ən böyük yük terminalına malikdir.

 

Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə, ölkənin cənubundakı yeni hava limanı Yaxın Şərq ölkələri ilə hava yükdaşımalarının həcmini iki dəfə artıracaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi