Modern.az

Braziliya vətəndaşı İrəvan aeroportunda ÖLDÜ

Braziliya vətəndaşı İrəvan aeroportunda ÖLDÜ

13 Avqust 2024, 17:02

Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanında Braziliya vətəndaşı ölüb.

 

Modern.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan bunu "Sputnik Armenia"ya bildirib.

 

O deyib ki, hazırda vəziyyət aydınlaşdırılır, meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib. Braziliyalının üzərində maddə aşkarlanıb və onun tərkibini müəyyən etmək üçün məhkəmə-kimyəvi ekspertiza da təyin edilib. Bu, həmin maddənin və onun istifadəsinin vətəndaşın ölümü ilə nə dərəcədə əlaqəli olduğunu aydınlaşdırmağa kömək edəcək.

 

Cinayət işi açılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım