Çingiz Abdullayev jurnalistləri təhqir etdi: “Utanmırsınız?”

Çingiz Abdullayev jurnalistləri təhqir etdi: “Utanmırsınız?”

Ədəbi̇yyat

26 Oktyabr 2022, 18:07

"Bu qədər adama bilet almışıq, buranın icarə haqqını ödəmişik. Qonaqları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs bunlar xərc deyil? Bu sözü məndən soruşmağa utanmırsınız?"

 

Modern.az xəbər verir ki, bunu Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev jurnalistlərə açıqlamasında AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavab verərkən deyib.

 

"Neçə gündür burada qalanların mehmanxana pulu, yeyib-içmək pulu, rayonlardan gələnlərin yolpulu... İçəri girəndə posterlərə baxmamısız? Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısıdan soruşursunuz pullar hanı? Ölmürsən?".

 

Xatırladaq ki, yazıçıların qurultayının keçirilməsi üçün AYB-yə 203 min manat pul ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı