Modern.az

Qəzada həlak olan hərbçimizin FOTOSU

Qəzada həlak olan hərbçimizin FOTOSU

Hadisə

22 Noyabr 2022, 10:04

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin hərbçiləri Cəbrayıl rayonunun Şükürbəyli kəndində qəzaya düşüblər.

 

Modern.az-ın məlumatına görə, qəza zamanı xəsarət alan 1998-ci il təvəllüdlü baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan verilən məlumata görə Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU