Modern.az

Bakıda 3 polis əməkdaşı, 1 mülki şəxs qətlə yetirildi

Bakıda 3 polis əməkdaşı, 1 mülki şəxs qətlə yetirildi

24 İyun 2024, 09:38

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

 

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda seçki başladı- Azərbaycanlı prezident olacaq?